İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub

İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın baş naziri Vladimir Putinə zəng edib. SİA-nın xəbərinə görə, dövlət başçısı V. Putini ad günü münasibətilə təbrik edərək, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Baş nazir də həmçinin göstərilən bu diqqət və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. İlham Əliyev və Vladimir Putin Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə