Nikola Sarkozi Azərbaycanın birinci xanımına “Şərəf Legionunun Zabiti” ordenini təqdim edib

Nikola Sarkozi Azərbaycanın birinci xanımına “Şərəf Legionunun Zabiti” ordenini təqdim edib

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının \"Şərəf Legionunun Zabiti\" dövlət ordeni ilə təltif olunma mərasimi keçirilib.


SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi mərasimdə iştirak ediblər. Mərasimdə Fransa Prezidenti Nikola Sarkozi çıxış edib.


Fransa dövlətinin başçısı \"Şərəf Legionunun Zabiti\" ordenini Azərbaycanın birinci xanımına təqdim edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərək Fransa prezidenti Nikola Sarkoziyə minnətdarlığını bildirib.


Sonda xatirə şəkli çəkdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə