Azərbaycan və Ermənistanın müdafiə nazirləri Brüsseldə görüşdülər
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Ermənistanın müdafiə naziri Seyran Ohanyan Brüsseldə görüşüblər. SİA \"İnterfaks\" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qısa söhbət zamanı tərəflər cəbhə xəttində baş vermiş son hadisələrə diqqət yetiriblər.
Hər iki nazir NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edirlər.
Ötən gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib. Bu zaman qarşı tərəfdə bir neçə əsgər zərərsizləşdirilib.
Atışma zamanı Azərbaycan Ordusu da şəhid verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.
Ermənistan mətbuatı ötən gün 3 erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumat yayıb. Onlardan biri ölüb, ikisi isə yaralanıb.
İlahə Vəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB