AŞPA qondarma “Dağlıq Qarabağ”da keçirilən bələdiyyə seçkilərini pislədi

AŞPA qondarma “Dağlıq Qarabağ”da keçirilən bələdiyyə seçkilərini pislədi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qondarma "bələdiyyə seçkiləri" ilə bağlı yazili bəyanat qəbul edilib. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan bəyanata müxtəlif ölkələrdən olan millət vəkilləri imza atıblar.

AŞPA-nın qəbul etdiyi bəyanatda Ermənistan tərəfindən keçirilmiş bu qeyri-qanuni, qondarma \"seçkilər\"in dünyanın əksər beynəlxalq təşkilatları tərəfindən kəskin pislənildiyi vurğulanır.

Bəyanatda deyilir: "Ermənistan AŞPA-nın digər üzvü olan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlamağı davam etdirir. AŞPA qəbul etdiyi 1416 saylı qətnamədə bu işğalı pisləyərək, Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa çağırmışdı. Buna baxmayaraq, Ermənistan bir daha bilərəkdən AŞPA və BMT qətnamələrinə məhəl qoymayaraq, 2011-ci ilin sentyabr ayının 18-də işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu qeyri-qanunu, separatçı rejim, tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası"nda qeyri-qanunu bələdiyyə seçkiləri keçirib. Bu qeyri-qanunu seckilər beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan arasında gedən çox həssas müzakirələr prosesinə də ciddi zərbə vurub. Ermənistanin bu addımları həmçinin onsuz da gərgin olan regionda vəziyyəti daha da gərginləşdirir.

Bunları nəzərə alaraq, Assamleya bu qeyri-qanuni seçkiləri kəskin pisləyir və Ermənistanı bu cür destruktiv və qeyri-qanuni, beynəlxalq hüquqa zidd addımları dayandırmağa çağırır. Çünki bu addımlar beynəlxalq huquqa və beynəlxalq təşkilatların müvafiq qətnamələrinə zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində davam edən danışıqlar prosesinə mənfi təsir göstərir və təhlükə altına salır, bölgədə vəziyyəti gərginləşdirir. Assambleya Ermənistan rəhbərliyini beynəlxalq hüquq normalarına əməl etməyə və münaqişənin tənzimlənməsi prosesində konstruktiv mövqe tutmağa çağırır"

Bütün xəbərlər Facebook səhifəmizdə