AŞPA-nın prezidenti Mövlud Çavuşoğlu oktyabrın 10-da Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu sessiyadan əvvəl keçirdiyi mətbuat konfransı zamanı deyib. O, oktyabrın 10-da Bakıda keçiriləcək insan haqlarına dair sammitdə iştirak edəcək. Qeyd edək ki, bu gün AŞPA-nın payız sessiyası öz işinə başlayır. Oktyabrın 7-dək davam edəcək sessiyanın gündəliyinə Azərbaycanla birbaşa bağlı məsələ daxil deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB