Leysan Azərbaycanın bir sıra rayonlarında həyatı iflic etdi

Leysan Azərbaycanın bir sıra rayonlarında həyatı iflic etdi

Yağan leysan yağışları nəticəsində azərbaycanın bəzi rayonları su altında qalıb. SİA-nın xəbərinə görə, Kürdəmir şəhərində bir sıra küçəni və həyətyanı sahəni su basıb. Bir sıra küçələrdə çökəkdə yerləşən 20-ə yaxın fərdi yaşayış evinin zirzəmisinə sel suları dolub, küçələrdə və həyətyanı sahələrdə böyük su gölməçələri yaranıb, bəzi əraziləri lil örtüb.

Eyni zamanda yağan leysan yağışları cənub bölgəsini iflic vəziyyətə salıb. Lənkərana yağan intensiv leysan yağışları rayonun 14 kəndi ərazisində ciddi problemlər yaradaraq yolların və körpülərin sıradan çıxması, ev heyvanlarının tələf olması ilə nəticələnib. Yağışlar 300-dən çox fərdi evə ciddi ziyan vurub, enerji təsərrüfatının və telefon rabitəsinin işində fasilələr yaradıb. Rayon mərkəzi ilə kəndləri birləşdirən və sel zamanı dağılmış 15 körpünün bərpası istiqamətində tədbirlər görülsə də, bu iş tam başa çatdırılmadı üçün Horavenc, Günəhir, Bəliton və digər yaşayış məntəqələrinin sakinlərinin həyat şəraiti iflic vəziyyətə düşüb.

Lerik rayonununda vəziyyət qənaətbəxş deyil. Belə ki, intensiv yağıntı nəticəsində Lənkəran-Lerik şosesinin 18-ci km-də yenidən torpaq sürüşməsi baş verib və nəqliyyatın hərəkəti dayandırılıb. Bu isə yolda uzun tıxacın yaranmasına səbəb olub. Hazırda ağır texnika ilə yolda nəqliyyatın hərəkətinin bərpası istiqamətində iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə