Bakı su altında qaldı-FOTOSESSİYA

Bakı su altında qaldı-FOTOSESSİYA

Bakı yenə yollarını yağışa təslim etdi. SİA-nın məlumatına görə, ötən gecədən etibarən paytaxta leysan yağışları yağmağa başlayıb. Bu isə paytaxtın yollarını demək olar ki, iflic hala salıb. Yollara yağan yağış elə yolların özündəcə yığılıb qaldığından bu da öz növbəsində avtomobillərin hərəkətinə böyük əngəl törədib.Səhər-səhər işə tələsən Bakı sakinləri isə səkilərdə qalıblar və suyun çoxluğundan yolları keçə bilmirlər. Əksər insanlar isə metro çıxışlarında yağışın kəsməsini və suların çəkilməsini gözləyirlər. Sel sularına məruz qalmış ərazilər kimi daha çox Sahil metrosu, 28 May metrosu, Cavanşir körpüsü, Azadlıq prospekti və s. göstərmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə