Bu gün İrəvanın mərkəzindəki Azadlıq meydanında müxalifətin növbəti etiraz aksiyası start götürüb. Meydana minlərlə insanın toplaşdığı xəbəri verilir. Mitinq iştirakçıları əllərində "Azadlıq başladı" yazılan şüarlar, Ermənistanın dövlət bayrağını və qara bayraqlar tutub. Müxalifətin əsas tələbləri isə dəyişməz qalıb: növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi.
Erməni Milli Konqresi bu gecədən etibarən sutkalıq mitinqlərin başlandığını da elan edib. Lakin onlar iqtidarla danışıqları istisna etməyib. Hazırda müxalifət meydanda çadırlar qurmağa başlayib. Meydanı çoxlu sayda polis əhatəyə alıb. Ermənistan Xalq Partiyasinin lideri Stepan Dəmirçyan Serj Sarkisyanı ölkəni pis vəziyyətə salmaqda ittiham edib. O bildirib ki, əgər indiki iqtidar yetkililəri hakimiyyətdə qalsalar, 20 ildən sonra Ermənistan boşalmış və bir neçə zəngin adamın mülkünə çevrilmiş ölkə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB