GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının Varşava bəyannaməsi qəbul olundu
GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının Avropaya inteqrasiya və əməkdaşlığın perspektivləri barədə Varşava bəyannaməsi qəbul olunub. SİA-nın məlumatına görə, GUAM ölkələri xarici işlər nazirlərinin 5-ci görüşü Polşanın paytaxtı Varşavada keçirilən "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində baş tutub. Görüşdə Gürcüstan xarici işlər naziri Tornike Qordadze, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldovanın xarici işlər naziri Yuriy Lyanke, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak edib. Görüşdə sahə və regional əməkdaşlığın dərinləşdirilməsi məsələləri eləcə də ticari əlaqələrin təşkili, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq əsas müzakirə mövzusu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB