Azərbaycan Milli Məclisinin üzvləri Kosta-Rikaya səfər edəcəklər
Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Aslan Cəfərov oktyabrın 1-də Kosta Rikanın San-Xose şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
UNICEF-in təşkilatçılığı ilə həyata keçiriləcək səfər anemiyanın profilaktikası ilə bağlı informasiya və təcrübə mübadiləsi, bu sahənin qanunvericiliklə tənzimlənməsi məsələlərinə həsr olunub.
Səfər zamanı BMT-nin Azərbaycanda hazırlanmış "Erkən yaşlı uşaqların qidalanması haqqında" model qanununun təqdimatı keçiriləcək, sənədin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriləcək.
Deputatlar həmçinin bir sıra görüşlər keçirəcək, genofondun qorunması, anemiyaya qarşı mübarizə məqsədi ilə ərzağın zənginləşdirilməsi sahələrində digər ölkələrin qanunvericilik təcrübəsinin öyrənilməsinin əhəmiyyəti barədə fikirlərini açıqlayacaqlar. Səfər oktyabrın 11-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB