Azərbaycan prezidenti Moldovanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Moldovanın baş naziri ilə görüşüb

Polşada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Moldovanın baş naziri Vladimir Filatla görüşüb. SİA-nın Azərbaycan prezidentinin saytına istinadın verdiyi məlumata görə, görüşdə Varşavada keçirilən Avropa Birliyinin (AB) "Şərq tərəfdaşlığı" sammitinin əhəmiyyəti vurğulanıb. Bu tədbirin, eyni zamanda, ikitərəfli əlaqələrin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib.

Siyasi münasibətlərin yaxşı səviyyədə olduğunun qeyd edildiyi görüşdə iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən AB və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Bundan başqa, qarşılıqlı səfərlərin, iş adamları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə