İlham Əliyev \"Müstəqil Azərbaycan 20 ildə\" adlı milli sərgi ilə tanış olub

İlham Əliyev \"Müstəqil Azərbaycan 20 ildə\" adlı milli sərgi ilə tanış olub

Bu gün Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş \"Müstəqil Azərbaycan 20 ildə\" adlı milli sərgi açılıb.


SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsərgi ilə tanış olub. İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verib ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur.


Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.


Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.


Dövlətimizin başçısı, həmçinin Bakı Sərgi Mərkəzinin həyətində nümayiş etdirilən texnikaya baxıb.


Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə