Şərq tərəfdaşlıgının zirvə toplantısının proqramı açıqlandı

Şərq tərəfdaşlıgının zirvə toplantısının proqramı açıqlandı

Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin dövlət başçısının sentyabrın 29-30-da Varşavada keçiriləcək zirvə toplantısının proqramı bəlli olub. Ayın 29-da nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə şam yeməyi veriləcək. Ertəsi gün 2 plenar sessiya olacaq. Sessiyalarda iştirakçı ölkələrin dövlət rəhbərləri və Avropa Birliyinin rəsmi şəxsləri "Şərq Tərəfdaşlığı"nın perspektivlərini müzakirə edəcəklər.

Sammit çərçivəsində hər ölkə ilə assosiasiya sazişinin imzalanması üzrə danışıqların aparılması, viza rejiminin sadələşdirilməsi üzrə danışıqların gedişi diqqət mərkəzində olacaq. Sonda sammitin yekun Bəyannaməsi qəbul ediləcək və Polşanın baş naziri Donald Tusk, Macarıstanın baş naziri Viktor Orban, Avropa Birliyinin prezidenti German Van Rompey, Avropa Komissiyasının asədri Joze Manuel Barrozo birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də sammitə dəvət olunub

Bütün xəbərlər Facebook səhifəmizdə