Bakıda "Yeni nəsl: sərhədsiz məsuliyyət" adlı Beynəlxalq Gənclər Forumuna start verib. SİA-nın verdiyi məlumata görə, forumda azərbaycanlı gənclər ilə bərabər Rusiya Federasiyasının Şimali Qafqaz regionunu təmsil edən ictimai fəal gənclərin, tələbələr, aspirantlar, gənc alimlər və gənclərlə işləyən dövlət orqanlarının, hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Bununla yanaşı, yaradıcı və istedadlı gənclər də tədbirə qatılıb. Ümumilikdə isə tədbirdə 120-dən çox gəncin iştirakı nəzərdə tutulub. Forumun keçirilməsində əsas məqsəd Qafqaz regionunda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənclərin bu regionun dinc və davamlı inkişafında məsuliyyətinin artırılmasıdır. 2 gün keçirilməsi nəzərdə tutulan Forumun proqramına eyni zamanda plenar iclaslar, seksiyalar üzrə iş, Azərbaycanın regionları ilə tanışlıq, yaradıcı gənclərin iştirakı ilə konsert də daxildir. Proqrama əsasən tədbirin ilk günü qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət ediblər. Bundan sonra Forumun plenar iclası start götüb və seksiyalarda işlə davam edəcək. Tədbirin plenar iclası və seksiyalarda iş zamanı "Müxtəliflik hüququ Qafqaz – sabitlik uğrunda dialoq və məsuliyyət", "Gənclər və konfliktlər: çıxış yolları", "Gənclərin səsi: Qafqazda sülh, stabillik və inkişaf", "Gənclərin investisiyalaşdırılması, gələcəyin investisiyalaşdırılması" kimi mövzular ətrafında müzakirələr, gənclər arasında təcrübə mübadilələri aparılacaq. Bakı şəhərində işə başlamış forum Qəbələ şəhərində yekunlaşacaq. Proqrama əsasən Qəbələ şəhərində hər iki ölkənin isdedalı gəncləri və yaradıcılıq kollektivləri konsert proqramı ilə çıxış edəcək.Bunlarla yanaşı Forum ərəfəsində qonaqlar Bakı və Qəbələ şəhərlərində Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB