Dövlət başçısı Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə vəsait ayırıb

Dövlət başçısı Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə vəsait ayırıb

Azərbaycan prezidenti Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, sərəncamda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Xaçmazda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirildiyi, o cümlədən istehsal müəssisələri, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikildiyi, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verdiyi qeyd olunub.

Xaçmaz rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Prezident Rayon İcra Hakimiyyətinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat vəsait ayrılmasını qərara alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə