Həbs edilən admiralların sayı 25-ə çatdı

Həbs edilən admiralların sayı 25-ə çatdı
Türkiyənin daha bir admiralı- Sərdar Okan həbs edilməklə bu ölkədə həbs edilən admiralların sayı 25- ə çatdı. SİA DHA-ya istinadən xəbər verir ki, həbs olunanların hər biri məlum "Balyoz planı\"əsasənda sorğuya çəkilən ali rütbəli şəxslərdir.
Türkiyənin hərbi araşdırmalar mərkəzinin gəldiyi qənaətə görə, bu say bir çox dövlətlərin ümumi admirallarını dəfələrlə üstələyib. Belə ki, hazırda bu dövlətdə 48 admiral var idi ki, onların da 25-i nəzarət altında saxlanılmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə