Əli Əhmədov: “Sarkisyanın bəyanatı, sözün həqiqi mənasında Ermənistanın qatı təcavüzkar olmasını bir daha təsdiqləyir” - AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qaytarılmayacağı ilə bağlı sərsəm bəyanatı Ermənistanın danışıqlar prosesində mövqelərinin kifayət qədər zəifləməsi ilə bağlıdır". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov söyləyib.
Ə.Əhmədov deyib: "İndi dünya dəyişir və bu proses hamının gözü qarşısında baş verir. Dəyişən dünyanın parametrlərindən biri də təcavüzə, işğalçılığa hamının qətiyyətlə yox deməsindən ibarətdir. Biz də bunu aydın şəkildə görürük".
YAP sədrinin müavini vurğulayıb ki, Azərbaycanın mövqeləri, əhəmiyyəti dünya üçün gündən-günə artmaqdadır. Bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirir. Ən maraqlısı isə ondadır ki, bu amil Ermənistanın mövqelərinin zəifləməsi ilə müşayiət olunur. Sarkisyan isə itirilən mövqelərini bu bəyanatları ilə kompensasiya etmək fikrinə düşmüşdür. Ermənistan iqtisadiyyatı çökür, əhali ölkəni tərk edir. Bu yaxınlarda Ermənistan guya hərbi parad keçirdi. Amma bu hadisə göstərdi ki, Ermənistanın qoşunları da əslində özünün deyildir. İşğalçı dövlətin iqtisadiyyatı çoxdan başqa bir dövlətin sərəncamına keçmişdir. Parad da göstərdi ki, Ermənistanın qoşunu da, bütün silahları da faktiki olaraq ona məxsus deyildir. Belə olan təqdirdə, Sarkisyanın bu bəyanatı sözün həqiqi mənasında Ermənistanın qatı təcavüzkar olmasından xəbər verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB