Prezident İlham Əliyev senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 26-da ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib. ABŞ nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirən dövlət başçısı bu səfərin nümayəndə heyəti üzvlərinin ölkəmizi daha yaxından tanıması üçün yaxşı imkan yaradacağını deyib. ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitian Kaliforniya Ştatının qanunverici orqanını təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirib. Cozef Simitian nümayəndə heyətinin tərkibində Kaliforniya ştatının müxtəlif bölgələrini təmsil edən senatorların olduğunu deyib. O, ölkəmizi yaxından tanımaq baxımından səfərin əhəmiyyətini yüksək dəyərləndirib.


Bütün xəbərlər Facebook səhifəmizdə