Abdullah Güldən PKK-çılara mesaj

Almaniya səfərini davam etdirən Türkiyə prezidenti Abdullah Gül PKK terror təşkilatına müraciət ünvanlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, A.Gül qeyd edib ki, Türkiyə hökumətinin qəbul etdiyi qərara görə əgər dağa çıxan hər-hansı şəxs insan qətlində əli olmayıbsa, könüllü təslim olarkən bu nəzərə alınaraq sərbəst buraxılacaq.

Terrorçulara səslənən türk prezident dağdakı silahlıları silahı yerə qoymağa və ailələrinə geri dönməyə səsləyib. Gülün çağrış etdiyi bir vaxtda deyəsən kürdlər də onun səsinə səs vermək qərarına gəlib. Kürdlərin kompakt yaşadığı Vanda 5 mindən artıq kürd əsilli vətəndaş yerli qanunverici orqana müraciət edərək PKK-ya qarşı mitinqlərə başlamaq istədiklərini bildirib. Onların sözlərinə görə, əslində PKK kimi bir terrorçu təşkilatın bütün kürd millətinin adından danışması və qan tökməsi yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə