"Türkiyə İsrail xalqına qarşı deyil". SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib: "Bizim tutduğumuz mövqe İsrail hökümətinə qarşıdır, yəni biz hökümətə qarşıyıq"- deyə əlavə edib.
Türkiyənin Baş naziri ölkəsinin İsrail ilə bağlı irəli sürdüyü tələbdən geri çəkilmədiyini xatırladıb: "İsrail üzr istəməli, təzminat ödəməli və Qəzzəyə tətbiq etdiyi embarqonu aradan qaldırmalıdır. İsrail bir neçə dəfə nə isə etməyə cəhd edib. Ancaq daha sonra imtina edib. Bu mövqe Türkiyə kimi bir dostunu itirməsinə səbəb olub. Bütün bu gərginliyin bir səbəbi var: bu, İsrailin indiki rəhbərliyidir, İsrail xalqı deyil. Mən İsrail xalqının bu rəhbərlikdən məmnun olduğunu zənn etmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB