Atəşkəs pozulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 21-də saat 10.00-dan 10.15-dək, 22.10-dan 22.20-dək, 23.05-dən 23.40-dək və 23.35-dən 23.40-dək Ağdam rayonunun Cəvahirli və Şurabad kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10.15-dən 10.30-dək və 13.00-dan 13.15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.00-dan 15.20-dək və 19.10-dan 19.15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com