Azərbaycan prezidenti Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 21-də Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib. SİA-nın xəbərinə görə. görüşdə Azərbaycanla Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi qeyd edilib. Bu səfərin iqtisadi sahədə əlaqələrin gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB