Türkiyə və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ problemini müzakirə ediblər

Türkiyə və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ problemini müzakirə ediblər

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Əhməd Davudoğlu və onun fransalı həmkarı Alen Jüppe BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində görüş keçiriblər.

SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, görüşdə bir sıra beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi olub. Nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Ermənistan-Türkiyə münasibətlərini və Cənubi Qafqazda vəziyyəti hərtərəfli müzakirə ediblər.

Bundan əlavə, tərəflər Suriyada və Liviyada şəraiti, Türkiyə-İsrail münasibətlərinin indiki vəziyyətini araşdırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə