Lənkəran Lerik yolu uçub

Lənkəran-Lerik şose yolunun Lənkəran rayonunun Şovu kəndindən keçən hissəsi dağılaraq yaxınlıdakı çaya tökülüb. Bu barədə SİA-ya Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövzəq Dadaşov məlumat verib. Onun sözlərinə görə, körpünün aşması nəticəsində iki fərdi yaşayış evini su basıb, eləcə də Lənkəran-Lerik şosesi bağlanıb. Hazırda hadisə yerində fövqaladə hallar nazirliyinin əməkdaşları işləyir. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda əlavə kömək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə