Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Corc Abelaya təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Əminəm ki, Azərbaycan-Malta münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin möhkəmlənməsi və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
İlham Əliyev Corc Abelaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Malta xalqına sülh və firavanlıq arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB