Duet Ortagının qohumunu bıçaqlamaqda təqsirləndirilən ölkəmizin 2008-ci ildə ölkəmizi \"Eurovision\" da təmsil edən Samir Cavadzadə hadisə ilə bagli SİA-ya açıqlama verib. O bildirib ki, onun bu hadisə ilə əlaqəsi yoxdu. \"Hazırda öz evimdə oturmuşam. Hadisə barəsində mətbuatda çıxan yazılardan xəbərim var və bu mənə çox pis təsir edib. Xəbərin kim tərəfindən yayıldığını bilmirəm. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi ilə əlaqə saxlamağa çalışacağam. Maraqlıdır ki, bu cinayətlə mənim nə əlaqəm var? Samir Cavadzadə duet ortagı ilə heç bir probleminin olmadıgını deyib.Qeyd edək ki, hadisə bu gün səhər saat 06 radələrində Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 32, mənzil 1 ünvanında qeydə alınıb. Nəsimi rayon 21 polis bölməsindən verilən məlumata görə Cavadzadə bölməyə çağırılıb və izahatı alındıqdan sonra buraxlılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB