Bakıda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası öz işinə başlayır
Bu gündən Bakıda arıçılıq məhsullarının növbəti sərgi-satış yarmarkası öz işinə başlayır. Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən xəbərə görə, arıçılıq məhsullarının respublika sərgi satış yarmarkası sentyabrın 20-dən oktyabrın 5-dək Bakı şəhərində, Xətai rayonunun ərazisində, "Əhmədli" metrosunun yaxınlığında yerləşən "Bakı" kino-teatrının qarşısında keçirilirilir. Yarmarka hər gün sahər saat 9-dan axşam saat 19-dək davam edəcək.
Yarmarkada 42 rayondan arı təsərrüfatı və yüksık keyfiyyətli bal məhsulu olan 150 nəfər arıçı iştirak edir. Hər rayondan 3-5 nəfər arıçı dəvət olunub.
Əvvəlki illərdə müəyyən olunub ki, bəzi arıçılar yarmarkaya saxtalaşdırılmış bal gətirir və onu satmağa çalışırlar. Yarmarkaya satış üçün gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti dəyəri ödənilmədən respublika baytarlıq laboratoriyasında yoxlanılıb və keyfiyyət sertifikatı verilib. Keyfiyyətsiz bal satışa çıxarılmır.
Arıçılıq məhsullarının respublika sərgi satış yarmarkasında 400 ton bal satılması gözlənilir. Arıçıların, ziyalıların və xasusilədə müharibə vateranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar. Yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün yarmarkada iştirak edəcək arıçıları rayon icra hakimiyyətləri göndərəcəklər. Rayon icra hakimiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahılarında adları olmayan arıçılar yarmarkaya buraxılmayacaqlar.
Yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə, xüsusilə İranda istehsal olunan bal məhsulunun yarmarkada satışına imkan verilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB