\"Nalbandyanın çıxışlarında BMT və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə dair qərarlarına elementar hörmət belə yoxdur\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın "Azərbaycanın destruktiv mövqeyinə baxmayaraq, Ermənistan Qarabağ münaqişəsinin beynəlxalq hüququn və BMT nizamnaməsinin prinsiplərinə əsaslanan sülh yolu ilə tənzimlənməsində səylərini davam etdirəcək\" sözlərinə münasibət bildirərəkən deyib.
Onun sözlərinə görə, bütün bu prinsiplər həm Nalbandyanın təmsil etdiyi ölkənin prezidenti tərəfindən imzalanan və xüsusilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında tənzimlənməsini nəzərdə tutan Mayndorf bəyanatında, həm də BMT və ATƏT-in qərarlarında və Azərbaycan ərazilərinin işğalını tanıyan və erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən bir çox beynəlxalq təşkilatların bəyanatlarında öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB