Bahar Muradova: “Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ-ın rəsmi mövqeyini ifadə etmir”
Nümayəndələr Palatasında ermənipərəst qüvvələr tərəfindən Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ dövlətinin rəsmi mövqeyini ifadə etmir. SİA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib: "ABŞ Konqesinin Nümayəndələr Palatasının rəhbərliyinin ermənipərəst mövqe tutması haqqında fikirlər yeni deyil. Nəinki Dağlıq Qarabağ, o cümlədən dəfələrlə uydurma \"erməni soyqırımı\" məsələsi burada daim gündəliyə gətirilir. Bütün bunlar erməni diasporunun və erməni maraqlarına xidmət edən dairələrin fəal işinin nəticəsidir".
B. Muradova bildirib ki, ermənilər bu məsələnin gündəmdən kənarda qalmamasına çalışırlar. \"Və bəzən bu kimi tədbirlərin keçirilməsinə nail olurlar. Ancaq bu o demək deyil ki, belə tədbirlərdə səslənən fikirlər ABŞ dövlətinin mövqeyidir. Biz ruhdan düşməməli və öz işimizi görməliyik. Çünki ədalət, beynəlxalq hüquq prinsipləri bizim tərəfimizdədir. Əgər ABŞ superdövlət, supergüc kimi beynəlxalq hüququn prinsiplərinin bərqərar olunmasında maraqlıdırsa və mövqeyini də açıqlayırsa, əməlləri buna uyğun olmalıdır. Nümayəndələr Palatasının hər bir üzvü ilə iş aparmaq lazımdır. Diplomatlarımız, siyasətçilərimiz, QHT-lərimiz və diasporumuz bu işi ardıcıl olaraq davam etdirməlidir və həqiqət onların diqqətinə çatdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB