Ərəb dövlətləri Azərbaycanı dəstəkləyir

Ərəb dövlətləri Azərbaycanı dəstəkləyir

Ərəb Dövlətləri Liqasının 13-15 sentyabr 2011-ci il tarixlərində keçirilmiş xarici işlər nazirlərinin 136-cı Şurasının iclasının gündəliyinə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizədliyinin ərəb dövlətləri tərəfindən dəstəklənməsi üçün bənd daxil edilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə