“Korrupsiyaya qarşı Mübarizə İdarəsi təhsillə bağlı bir neçə cinayət işi üzrə istintaq aparır”-AÇIQLAMA

“Korrupsiyaya qarşı Mübarizə İdarəsi təhsillə bağlı bir neçə cinayət işi üzrə istintaq aparır”-AÇIQLAMA
Bir neçə gün öncə tutduqları vəzifələrdən kənarlaşdırılan təhsil naziri müavinlərinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılması ilə bağlı son günlər mətbuatda yer alan xəbərlərə aydınlıq gətirilib. SİA-nın xəbərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsininin rəisi Kamran Əliyev bildirib ki, onların işdən çıxarılması idarənin səlahiyyətində olan məsələ deyil. Onun sözlərinə görə, idarədə təhsil sahəsi ilə bağlı bir neçə cinayət işi üzrə istintaq aparılır. K.Əliyev qeyd edib ki, hazırda Təhsil Nazirliyi ilə bağlı bir neçə cinayət işi istintaq olunur və həmin cinayət işlərinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilən zaman ictimaiyyətə məlumat veriləcək. O vurğulayıb ki, nazir müavinlərinin idarə çağırılması ilə bağlı xəbərlər əsassızdır və onların heç biri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə