Avstriya Prezidenti Azərbaycana səfər edəcək

Avstriya Prezidenti Azərbaycana səfər edəcək

"Keçən il hər iki ölkə arasındakı ticarət dövriyyəsi 150 milyon manat təşkil edib. Bu, Avstriyanın Azərbaycana ixracının 74 % artımı deməkdir. Bu il ərzində Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin artacağı gözlənilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Avstriyanın Azərbaycandakı səfiri Silvia Mayer-Kaybic bildirib. 2010-cu ildə Avstriyanın Azərbaycandakı səfirliyinin açıldığını xatırladan səfir deyib ki, həmin tarixdən etibarən hər iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir.

Mayer-Kaybic onu da vurğulayıb ki, hazırda Bakıda keçirilən Azərbaycan-Avstriya biznes forumu Avstriya Federal Prezidenti Hayns Fişerin oktyabrın 11-12-də Azərbaycana rəsmi səfəri üçün

hazırlıq xarakteri daşıyır.

Səfir qeyd edib ki, hazırda iki ölkə arasında yalnız iqtisadi sahədə deyil, mədəniyyət, turizm və təhsil sahəsində də əməkdaşlıq mövcuddur: "Bu sahələr üzrə bir necə anlaşma memorandumu və

sənədin imzalanmasını nəzərdə tutulur. Hazırda Avstriya iş adamlarının Azərbaycanda investisiya yatırmaq istədikləri sahələr tədqiq edilir. Bu sahəyə infrastruktur və turizm sahələri daxildir. Biz çalışırıq ki, bu sahələri daha da dəqiq öyrənək".

M. Kaybiç vurğulayıb ki, Azərbaycanda telekommunikasiya sektoru da yüksək templə inkişaf edir. Azərbaycan milli peykinin buraxılması layihəsinə böyük diqqətlə yanaşırıq: "Bu, çox böyük layihədir. Bundan əlavə, elektron hökumətin tətbiqi bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Bu mövzu ilə bağlı sabah xüsusi müzakirə aparılacaq. Biz bu sahədə Azərbaycan tərəfi ilə bir çox məsələləri müzakirə edəcəyik".



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня