Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 19-da Nyu-Yorka səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etməkdir.
Səfər zamanı E. Məmmədyarovun Baş Assambleyanın iclaslarında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB