AZAL-ın eksperti: \"Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin eniş trayektoriyası uçuş yolu kimi təsdiq olunmayıb\"
\"Əfqanstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinin qalıqları ilə bağlı məhkəmə tibbi ekspertizasının nəticələri açıqlanıb. Nəticələrə əsasən məlum olub ki, təyyarənin qalıqları əvvəlcədən müəyyən olunmamış sektorda tapılıb\". SİA-nın verdiyi xəbərə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov məlumat verib. O bildirib ki, təyyarənin tapıldığı yerdən uçuş trayektoriyası keçmir. Təyyarənin qaçırılma ehtimalının olmadığını deyən İlham Əmirov əlavə edib ki, qalıqlar aeroportdan 40-45 km məsafədə olub: \"Həmin sektorda isə uçuşlar yerinə yetirilmir. Əfqanıstanın cənub-şərq istiqamətində qəzaya uğrayan təyyarənin uçuş trayektoriyasından çıxması təsdiqlənib. O sektorda təyyarə olmamalı idi. Eniş zamanı təyyarənin getdiyi trayektoriya uçuş yolu kimi təsdiq olunan istiqamət deyil. Amma hələ ki, bunun nə səbəbdən baş verməsi məlum deyil. Həmin ərazidə hündürlük, aşağı enmənin, kənara çıxmanın nə qədər olduğu, qəzanın hansı səbəbdən baş verdiyi tədqiqatlar tam başa çatdıqdan sonra məlum olacaq\".
Könül Cəfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB