Prezident İlham Əliyev Qobustana 2 milyon manat ayırdı

Prezident İlham Əliyev Qobustana 2 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamın preambula hissəsində bildirilir ki, Qobustan rayonunun sosial-iqtisadi həyatında son illərdə əsaslı dəyişikliklər baş verib, ümumi məhsul buraxılışı 2,7 dəfə, sənaye məhsulunun həcmi 5 dəfə artıb, 2008-ci ildə şəhər statusu almış və əhalisinin sayı iki dəfə çoxalmış rayon mərkəzinin ərazisi genişləndirilib, sosial-iqtisadi yönümlü bir sıra obyektlər, o cümlədən yeni məktəblər, istehsal müəssisələri tikilərək istifadəyə verilib, mühüm infrastruktur layihələri həyata keçirilib.


Prezident İlham Əliyev Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qobustan Rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırıb.


Bütün xəbərlər Facebook səhifəmizdə