Hulusi Kılıç: \"Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanması üçün müzakirələr davam etdirilir\" - AÇIQLAMA

Hulusi Kılıç: \"Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanması üçün müzakirələr davam etdirilir\" - AÇIQLAMA
Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanması bu ayın sonuna qədər gerçəkləşəcək.


SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.


Hazırda bir neçə texniki məsələ var deyən səfir bildirib ki, onların müzakirəsi davam etdirilir və sentyabr ayının axırına qədər işlərin yekunlaşması və sazişin imzalanması nəzərdə tutulur.


Hulusi Kılıç onu da diqqətə çatdırıb ki, Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclasının noyabrın 15-dək Türkiyədə keçirilməi planlaşdırılır və tədbirə Azərbaycandan prezident İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyəti də qatılacaq.




İlkin Nəcəfov


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня