Türkiyənin Azərbaycandakı səfirliyi Bakının işğaldan azad edilməsinin 93 illik yubileyini qeyd edir
Türkiyənin Azərbaycandakı səfirliyi Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 93 illik yubileyini qeyd edib. SİA-nın xəbərinə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir ilk olaraq Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Türkiyə və Azərbaycan dövlətlərinin milli himnləri səsləndirilib. Ziyarətçilər 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Bakının xilasına gələn türk əsgərlərinin Azərbaycan şəhidləri ilə yanaşı uyumasını iki qardaş ölkənin tarixi birliyi kimi qiymətləndiriblər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsini tarixi gün adlandırıb: "Bu, tarixi bir gündür. 92 il öncə Bakı və Azərbaycanın müxtəlif yerləri təhlükə altında idi. O gün Bakı azad oldu və bugünki qardaşlarımızın yaşadığı vətən olan bir torpaq yarandı. Bu çox önəmli bir gündür, hamını təbrik edirəm. Bakının bayramı mübarək!\". Tədbirdə Gəncliyə Yardım Fondu, TUSİAB (Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti), TUMİB (Türkiyə Məzunları İctimai Birliyi), ATİB (Azərbaycan Türk İş Adamları Birliyi), Bakı Söhbət Klubunun kollektivi də iştirak edərək Türk şəhidlərinin abidə kompleksinin önünə gül çələngləri qoyublar.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB