Sahibə Qafarova: “Avropa Şurasının kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin növbəti iclası Bakıda keçirilə bilər” - MÖVQE

Sahibə Qafarova: “Avropa Şurasının kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin növbəti iclası Bakıda keçirilə bilər” - MÖVQE

Sentyabrın 9-da Parisdə Avropa Şurasının Kişi və qadınlar üçün bərabər imkanlar komitəsinin iclası keçirilib. İclasda ölkəmizi Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova təmsil edib. S.Qafarovanın SİA-ya verdiyi məlumata görə, iclasda bir çox məsələlər ətrafında məruzələr dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb: "Avropalı parlamentarilər "Lissabon sazişinin Avropa Şurasının fəaliyyətinə təsiri", "Qadınların hüquqlarına qarşı qlobal reaksiya ilə mübarizə", "Fələstin Milli Şurası tərəfindən təqdim edilən Parlament Assambleyasında demokratiyanın müttifiqi statusu sorğusu", "Pre-natal cinsi seçim", "Müsəlman qadınlar: bərabər imkanlar", "Siyasi partiyalarda gender bərabərliyinin inkişafına dair məsləhət və tövsiyyələr", "Gender zorakılığı hadisələrində qadağan olunmuş məhkəmə əmrlərinin yerinə yetirrilməsi və idarə edilməsində Avropa normaları" və digər mövzular ətrafında məruzələr dinlənilib. Həmçinin, qadınlara münasibətdə və ailədə onlara qarşı zorakılıqla mübarizə və xəbərdarlıqla bağlı yeni məruzəçilərin təyin olunması məsələsinə də baxılıb. Bizim üçün xüsusi əlamətdar olan məsələlərdən biri isə o oldu ki, komitənin növbəti iclasının Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin dəvəti də müzakirə olundu".

Sahibə Qafarova həmçinin, vurğulayıb ki, Azərbaycanda qadınların bütün hüquqlarının yüksək səviyyədə qorunması, onların bərabər imkanlara sahib olması üçün dövlət tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzu paytaxtımızda belə mötəbər tədbirlərin keçirilməsi üçün geniş imkanlar yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə