Zöhrab Abdullayev: “İctimai palatanın “yol xəritəsi” yeni gündəm yaratmaq üçün nəzərdə tutulub”
İctimai Palatanın yaranması müxalifətin fəaliyyətinin zəif olması ilə bağlıdır. Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Zöhrab Abdullayev deyib.
Onun sözlərinə görə, bu zəmində İctimai Palatanın "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədini ortaya qoyması yeni gündəm yaratmaq üçün nəzərdə tutulub: "Müxalifət birliyinin yaradılmasına çalışılsa da, bu bir nəticə vermədi. Daxildə müəyyən intriqalar, insidentlər yaranır. Bunların qarşısını almaq üçün ictimai palata "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədini ortaya qoydu. Lakin bu xəritədə ortaya qoyulan maddələr Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası tərəfindən illər öncə irəli sürülən təkliflərdir. Bütün hallarda "Demokratiyaya yumşaq keçidin yol xəritəsi" gündəm dəyişmək üçün ortaya qoyulan bir məsələdir".
"Demokratiyaya yumşaq keçidin yol xəritəsi" adlı sənədin uğur qazana biləcəkmi, sualına cavabında Zöhrab Abdullayev: "Hazırki, ictimai proseslərdə başqa məsələlər var. Dağlıq Qarabağ, iqtisadi və sosial məsələlər mövcuddur. Daha çox danışılacaq məsələlər olduğu halda təkcə yol xəritəsi ilə gündəm dəyişmək mümkün olmayacaq. Yəni burada hər hansı bir nəticədən söhbət gedə bilməz", - deyib.
Partiyaların maliyyə hesabatı verməsinə gəlincə: "Əlbəttə verilməlidir. Partiyaların çoxu müəyyən köməkliklərlə yaşayır. Niyə hesabatlar verilmir? Çünki, partiya quruculuğunda pərakəndəlik mövcuddur. Hesabat verilsə hər kəs üçün aydın olar ki, partiyalar haradan maliyyələşir, onların əsas qaynaqları nədir və müəyyən seçki vaxtı kimə səs verəcəklərinidə xalq müəyyənləşdirər. Təbii ki, hakimiyyətdə bunda maraqlıdır ki, partiyaların maliyyə qaynaqlarını öyrənsin. Məncə qəbahətli bir şey yoxdur. Lakin istənilən partiyanın qaynaqlarını gizli saxlaya bilər", - deyə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB