Ermənistan Gürcüstan torpaqlarına iddia edir

Ermənistan Gürcüstan torpaqlarına iddia edir
Tbilisidə dərc edilən "Kviris palitra" qəzeti Ermənistanla olan sərhəd zonasında gürcülərə məxsus olan torpaq sahələrinin Ermənistan tərəfindən zəbt edildiyini yazıb. SİA gürcü qəzetinə istinadən xəbər verir ki, sərhəd ərazidəki Azərbaycan kəndləri - Sadaxlı, Burma və Təzəkənd sakinlərinin məktubu həmin mətbu orqanda dərc edilib.

Məktubda bildirilib ki, onlar silahlı erməni sərhədçilərinin qarşısında tam şəkildə müdafiəsiz qalıblar: "Onlar bizim hüquqları pozur, ev heyvanlarını oğurlayır, meşəni, otlaq yerlərini əlimizdən alıblar. Kənd təsərrüfatı üçün yararlı yerlər isə günbəgün azalır və Ermənistan sərhədi ölkənin dərinliklərinə doğru irəliləyir".

Ermənilər artıq 20 hektar ərazini zəbt edərək, keçib və hazırda digər yerləri də ələ keçirməyi planlaşdırırlar. Yerli azərbaycanlıların qəzetə verdiyi məlumata görə, belə hadisələr hələ 2008-ci ildə başlayıb. O zaman erməni sərhədçiləri 1975-ci il xəritəsini gətirərək bildiriblər ki, bu torpaqlar Ermənistana məxsusdur. Lakin unudurlar ki, iki dövlət arasında delimitasiya məsələsi yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com