Bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən SİA-ya verilən məlumata görə, şimal-qərb
küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu
gecə 15-20 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək. Abşeron
çimərliklərində dəniz suyunun temperaturu 20-21 dərəcə olacaq. Azərbaycanın
rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi
əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda
gecə 7-12 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gün ərzində isə Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB