ATƏT: “Qarabağ münaqişəsinin tərəflərini təzyiq altında saxlamaq üçün Rusiya prezidentindən öhdəlik alınmalıdır”
ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlikdən çox narahatdır. SİA-nın xəbərinə görə, bunu ATƏT-in münaqişələrinin qarşısının alınması üzrə mərkəzinin direktoru Adam Koberaskiy "ATƏT Qarabağ münaqişəsinin həllinin axtarışında əsas moderatordur, amma proses yerində sayır" sualına cavabında "Moskva Xəbərləri" qəzetinə deyib.
Onun sözlərinə görə, yalnız təmas xəttində bu il ölümlə nəticələnən 20-dən çox hadisə olub: "Maraq doğuran isə qurbanlar arasında mülki insanların olması ilə bağlı xəbərlərdir".
Koberaskiy xatırladıb ki, ATƏT-in hazırki sədri Ermənistan və Azərbaycana öz səfərləri zamanı tərəfləri təmas xəttini snayperlərdən təmizləməyə çağırıb: "Mən təəssüf edirəm ki, tərəflər hələ indiyə qədər Soçidə bu il nail olunmuş atəşkəs xətti boyunca hadisələrin araşdırılması ilə bağlı heç nə yerinə yetirməyiblər. Hesab edirəm ki, hər iki tərəfi təzyiq altında saxlamaq üçün Rusiya prezidentindən Azərbaycan və Ermənistan arasında danışıqlar aparması üçün öhdəlik alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB