Mehriban Əliyevanın ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyası iştirakçılarına müraciəti
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın xəbərinə görə, müraciətdə deyilir:
"Hörmətli qonaqlar!
Sizin hamınızı Azərbaycanın paytaxtı Bakı şəhərində səmim qəlbdən salamlayıram, hər birinizə uzun ömür, can sağlığı və uğurlar arzulayıram. Ümidvaram ki, ölkəmizdə keçirilən sessiyanın işi səhiyyə üçün taleyüklü sənədlərin qəbulu ilə nəticələnəcək və XXI əsrdə Avropa ölkələrinin səhiyyə sahəsindəki yeni siyasətinin formalaşdırılmasına müsbət təsirini göstərəcək. Regional Komitənin bu sessiyası Respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bir vaxta təsadüf edir. Ötən illər ərzində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçərək tibb müəssisələrinin maddi-texniki bazasının əsaslı sürətdə yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının yaradılması və özəl sektorun qurulması istiqamətində bir çox nailiyyətlər qazanıb. Effektiv həyata keçirilən müxtəlif dövlət proqramları çərçivəsində yoluxucu xəstəliklərin şəkərli diabet, hemofiliya və ümumən insanların sağlamlığı ilə bağlı diğər problemlərin aradan qaldırılması üçün xeyli iş görülüb. Ümidvaram ki, bizim səhiyyə sistemi ilə tanışlığınız da gələcək əməkdaşlığımız üçün möhkəm zəmin yaradacaq. Qloballaşan dünyada insanların sağlamlığını müəyyən edən bir çox amillərin iqtisadi və sosial inkişafla bağlılığı qarşımızda yeni vəzifələr qoyaraq dövlət strukturlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin yeni əməkdaşlıq strategiyasının formalaşmasını tələb edir. Buna uyğun olaraq başçılıq etdiyim Fond yarandığı ilk gündən səhiyyə sahəsində genişmiqyaslı layihələr həyata keçirməyə başlayıb. Dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri və humanitar fondları ilə davamlı işbirliyimiz öz bəhrəsini verməkdədir. Əminəm ki, üçüncü minilliyin inkişaf məqsədlərinə nail olmaq üçün ÜST-nin ardıcıl həyata keçirdiyi siyasət bundan sonra da ölkələrimizidə mövcud potensialın səfərbər olunmasına və səhiyyənin inkişafına müxtəlif vasitələrlə, o cümlədən Avropa Regional Komitəsinin uğurlu işi ilə xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB