Fransa prezidenti Nikolya Sarkozi bir aydan sonra Tiflisə gələcək. Gürcüstan mətbuatı yazır ki, bu barədə bu gün Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Tyerri Mariani məlumat verib. Bununla belə Mariani Sarkozinin səfəri ilə bağlı digər detalları açıqlamayıb.
Xatırladaq ki, avqustun əvvələndə xarici KİV-lərdə Sarkozinin oktyabrda Cənubi Qafqaz regionu ölkələrinə səfər edəcəyi haqda xəbər yayılmışdı.
Sonuncu dəfə Fransa prezidenti Tiflisə 2008-ci ilin sentyabr ayında gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB