Bişkekdə “Prezident İlham Əliyev” kitabının ikinci cildi nəşrə hazırlanır
Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişı və maliyə dəstəyi ilə paytaxtdakı "Biyiktik" nəşriyyatında "Prezident İlham Əliyev" kitabının ikinci cildi nəşrə hazırlanır.
Kitabda ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əlıyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət təhlil edilir. Nəşrdə dövlət başçısının səfərləri və çıxışları da yer alıb.
Min səhifəlik kitabın elmi redaktoru akademik Ramiz Mehdiyev, məsləhətçisi Sadiq Abdiyev, tərtibatçısı Nüsrət Məmmədovdur.
Kitabda Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, bölmə müdiri Qafar Əlıyev və başqalarının dövlət başçısının fəaliyyəti haqqında fikirləri əksini tapıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın Qırğız, Özbəkistan, Kazaxıstan respublikalarında və digər ölkələrdə pulsuz yayılması nəzərdə tutulmuşdur.
Qeyd edək ki "Prezident İlham Əlıyev" kitabının 1-ci cıldı bu ilin əvvəllərində Bişkekdə nəşr edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB