Amerika Birləşmiş Ştatları ordusu Əfqanıstanda "Taliban" döyüşçülərinə qarşı qeyri-adi bir silah hazırlayıb. "Switchblade" adı verilən 1,36 kiloqram ağırlığında olan "hava maşını" pusquya düşmüş əsgərləri xilas etməkdə işə yarayır.
Boru içərisində atılan və "sehrli mərmi" adı verilən silah uzaqdan idarə ilə yönləndirilir. Kamerasından gələn görüntüləri monitorda izləyən əsgərlər uzaqdan idarə ilə hədəfi məhv edə bilir. "Switchblade" adlı silahın kütləvi istehsalına yaxın vaxtlarda başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB