Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı xeyriyyə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı xeyriyyə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı yeni tədris ilində xeyriyyə aksiyası keçirib. SİA-nın verdiyi xəbərə görə, aksiya çərçivəsində 2010-2011-ci tədris ilində birinci sinfə gedəcək aztəminatlı ailələrin uşaqlarına məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edilib.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov uşaqları dərs ili münasibətilə təbrik edib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin tövsiyəsinə əsasən hələ 1996-cı ildən başlayaraq partiya üzvlərinin öz imkanları hesabına belə xeyriyyə aksiyaları keçirilir. Bu dəfə isə Yasamal rayonunda yaşayan aztəminatlı ailələrdən olan 160 şagirdə məktəbli çantası və birinci sinif üçün lazım olan bütün dərs ləvazimatları verilib.

Sonda çıxış edən valideynlər yeni tədris ili münasibətilə uşaqları təbrik edib, humanist aksiyaya görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə