Oruc Zalov: ”Polisin seçki zamanı vəzifəsi ictimai asayişi qorumaq, seçki məntəqələrinin mühafizəsini təşkil etməkdir” - AÇIQLAMA
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün keçirilən seçki hüququ üzrə kurslarda daxili işlər nazirinin müavini Oruc Zalov iştirak edib.
SİA-nın verdiyi məlumata görə, nazir müavini seçkilər zamanı polisin işi barəsində geniş məlumat verib: "Müstəqillik dövründə keçirilən seçkilər zamanı polis öz işini təkmilləşdirmək, yeni qanunvericiliyi tətbiq etməklə bağlı uğurlar qazanıb".
O.Zalov bildirib ki, Seçki, Cinayət və İnzibati Xətalar məcəllələrində seçki ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün müvafiq təlimlər keçirilir. Daxili işlər naziri tərəfindən xüsusi işçi qrup yaradılıb, plan tərtib olunub. Bu plana uyğun yerlərdə tədbirlər həyata keçirilir.
"Polisin seçki zamanı vəzifəsi ictimai asayişi qorumaq, baş verən pozuntuları qanuni qaydada sənədləşdirmək, seçki məntəqələrinin mühafizəsini təşkil etməkdir", - deyə nazir müavini qeyd edib.
\"Hər bir polis əməkdaşının bu prosesdə vəzifələri müəyyənləşdirilir. Pasport-qeydiyyat, əməliyyat-axtarış xidmətlərinin vəzifələri müəyyənləşdirilir. Polis mitinq, yürüş, piketlərin təşkili, namizədlərin görüşləri zamanı nəzarəti həyata keçirir. Görüş, aksiya keçirilməsi yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Polisə bu tədbirlə bağlı məlumat verilir. Əgər aksiya keçirilməsinə icazə verilməzsə, polis təşkilatçılarla, namizədlərlə söhbət aparır, həmin tədbirlərin icra hakimiyyətinin icazə verdiyi yerlərdə keçirilməsi ilə bağlı təşkilatçılara xəbərdarlıq edir. Əgər görüş, aksiya keçirilməsi razılaşdırılıbsa, asayişin mühafizəsi, hüquqpozmaların qarşısının alınması üçün ora polis qüvvələri cəlb olunur\", - deyə O.Zalov əlavə edib.
Onun sözlərinə görə, ötən il parlament seçkilərində 1600 belə görüş, mitinq keçirilib. Bunlardan təqribən 1500-ü razılaşdırılmış qaydada olub, heç bir insident baş verməyib: \"Polisin üzərinə vəzifə qoyulub ki, məntəqələrdən kənarda yerləşsinlər, seçki prosesinə müdaxilə etməsinlər. Bu barədə polisə təlimat verilib. Bunun nəticəsidir ki, ötənilki seçkilərdə bununla bağlı polisə ciddi iradlar olmayıb\".
Qeyd edək ki, bu ilin sonunda Azərbaycanda boş qalan bələdiyyələrə seçkilərin keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB