Elşad Mirbəşiroğlu: “MDB-nın strukturunda kifayət qədər ciddi çatışmazlıqlar mövcuddur” - MÖVQE

Elşad Mirbəşiroğlu: “MDB-nın strukturunda kifayət qədər ciddi çatışmazlıqlar mövcuddur” - MÖVQE

MDB keçmiş SSRİ-nin bir növ imitasiyasına cəhd kimi göstərilə bilər. Belə ki, onun yaradılmasında başlıca məqsəd bu və ya digər məsələlərin gizlin saxlanılması olub. Bunu SİA-ya açıqlamasında MDB sammitinin nəticəsiz qalmasına münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, MDB-nin əsas platforması potsovet dövlətlərinin sıx inteqrasiyasını həyata keçirmək və bir mövqedən çıxış etməkdir. Belə olan halda MDB dövlət başçılarının bir araya gəlməsində ciddi problemlərin olması qaçılmazdır.

Politoloq bildirib ki, MDB-ni yaradarkən arzu və istəklər tamam başqa olub. Belə ki, onun gələcəkdə kifayət qədər böyük çəkiyə malik olan regional bir təşkilata çevrilərək potsovet ölkələrinin SSRİ vaxtında olduğu kimi yaxından əmakdaşlığını təmin etməsi nəzərdə tutulurdu.

Sentyabrın 3-də keçirilən MDB dövlət başçılarının sammitində də bu özünü büruzə verib: "Əgər onun normal bir təşkilat kimi fəaliyyət gösətrməsi arzu olunursa, ciddi dəyişikliyə ehtiyac var".

Bugün ATƏT özü belə regional təşkilat olmasına baxmayaraq onun sturkturunda çatışmazlıqlar mövcuddur.


Bütün xəbərlər Facebook səhifəmizdə