Erməni lobbisi həqiqətləri söyləyən məşhur müğənni Şarl Aznavuru xəyanətdə günahlandırıb

Erməni lobbisi həqiqətləri söyləyən məşhur müğənni Şarl Aznavuru xəyanətdə günahlandırıb

Fransadakı erməni lobbisi sentyabrın 4-də iştirak etdiyi France-2 televiziya kanalının proqramında "soyqırımı kəlməsi məni rahatsız edir" deyən məşhur müğənni Şarl Aznavuru xəyanətdə günahlandırıb. SİA Türkiyə mətbuatının yaydığı xəbərə istinadən verdiyi məlumata görə, bəzi ermənilər internet saytlarında müğənnini dəstəkləyib, bəziləri isə qınayıb.

Şarl Aznavur deyib ki, Türkiyə ilə sərhədlərin açılması və dialoq prosesinin davam etməsi üçün "soyqırımı" kəlməsindən imtina etmək və başqa bir söz tapmaq lazımdır. O, türklərin yaxşı insanlar olduğunu və Türkiyəyə səfər etməyi isə yuxularında gördüyünü də əlavə edib. Müğənni onu da demişdir ki, Türkiyədə havalar da, yeməklər də çox gözəldir.

Erməni lobbisi müğənninin sözlərini ermənilərin mübarizəsinə xəyanət kimi dəyərləndirib


Bütün xəbərlər Facebook səhifəmizdə